Ana Sayfa > Dünya > Lukaşenkonun helikopterini pulemyotla vurmağı planlaşdırıbmışlar

Lukaşenkonun helikopterini pulemyotla vurmağı planlaşdırıbmışlar


18-09-2024, 16:51. Yazar: sevinc1
Lukaşenkonun helikopterini pulemyotla vurmağı planlaşdırıbmışlar

Belarusda hökuməti devirmək üçün sui-qəsdçilər ölkə prezidenti Aleksandr Lukaşenkonun helikopterini vurmağı planlaşdırıblar.

aia.az Belarus KİV-ə istinadən xəbər verir ki, iş üzrə müttəhimlərdən biri Yuri Zenkoviç cinayət niyyətini etiraf edib.

"Onlar dövlət başçısının helikopterini ya havaya qalxarkən, ya da enərkən ağır pulemyotla vuracaqdılar", - Zenkoviç bildirib.

Qeyd edək ki, 2022-ci ildə Yuri Zenkoviç Belarusda dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsddə təqsirli bilinib. Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

aia.az
Geri dön