Ana Sayfa > Dünya > İranda bu şəxslər haqqında edam hökmü çıxarıldı

İranda bu şəxslər haqqında edam hökmü çıxarıldı


18-09-2024, 15:08. Yazar: sevinc1
İranda bu şəxslər haqqında edam hökmü çıxarıldı

İran Xalq Mücahidləri Təşkilatının iki təəssübkeşi barəsində ölüm hökmü çıxarılıb.

aia.az “Voanews”a istinadən xəbər verir ki, bu barədə məlumatı İran Milli Müqavimət Şurası yayıb.

Bildirilib ki, İranın Tehran əyalətinin 26-cı İslam məhkəməsinin hakimi İman Əfşari Xalq Mücahidləri Təşkilatının iki təəssübkeşi 69 yaşlı Behruz Ehsani və 48 yaşlı Mehdi Hüsni barəsində ölüm hökmü çıxarıb. Onlar “məxfi informasiya toplamaqda”, “İranın milli təhlükəsizliyinə zərbə vurmaqda”, “dövlətə xəyanət etmək” maddələri üzrə ittiham olunurlar.

Hər ikisi 2022-ci ildən Tehranda Evin zindanında saxlanılır.

Xalq Mücahidləri Təşkilatı İrandakı mövcud hakimiyyətə müxalifdir. Əvvəllər İraq ərazisində yerləşirdi.

aia.az
Geri dön