Ana Sayfa > Siyasət > Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi17-09-2024, 11:49. Yazar: sevinc1 |
“2020-ci ildə İkinci Qarabağ Müharibəsi başa çatanda bizim bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”. – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Azərbaycanın 20 faizdən çox ərazisi 30 il ermənilərin işğalı altında qalmışdı. Bu illər ərzində Azərbaycan dövləti dəfələrlə öz torpaqlarını danışıq, sülh yolu ilə geri qaytarmağa cəhd göstərmişdir. Lakin Ermənistan işğal etdiyi əraziləri qaytarmaq deyil, hətta yeni ərazilər iddiasıyla durmadan Azərbaycanın digər kənd və şəhərlərini atəşə tuturdu. ATƏT-in Minsk qrupunun, BMT-nin bəyanatlarına heç bir əhəmiyyət vermirdi işğalçı Ermənistan. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qüdrətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Bu, hərbi əməliyyatlar 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatla başa çatdı. Ermənistan kapitulyasiya aktına imza atdı. Lakin Ermənistan öz çirkin əməllərindən əl çəkməyərək, bəyanatın imzalanmağına baxmayaraq, Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər erməni quldurları Qarabağa qanunsuz daxil olub, 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar gətirib basdırmışlar. Bu minaların partlaması nəticəsində yüzlərlə insan həyatını itirmiş və yaxud ağır yaralanaraq ömürlük şikəst qalmışdır. Xankəndidə yuva quran cinayətkarlar getdikcə azğınlaşaraq orada yaşayan mülki ermənilərdən belə öz çirkin əməllərində istifadə edirdilər. Müharibədən sonra da orada istehkamlar qurmuş, gizli yollarla külli miqdarda silah-sürsat, Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular gətirmişlər. Eyni zamanda 10 noyabr üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdən öz canlı qüvvələrini və texnikalarını çıxartmamışlar. Ermənistan dövləti kapitulyasiya aktına görə Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən qeyd şərtsiz çıxartmalı idi. Lakin hər dəfə bundan imtina edirdi. Son hadisələrdən sonra Azərbaycan lazımı addımlar atmağa başladı. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi bir gün ərzində terrorçular cəzalandırıldılar. Azərbaycan öz suverenliyini bərpa etdi. Yüksək səviyyədə hazırlıq görmüş peşəkar Azərbaycan hərbçiləri antiterror nəticəsində ağır relyef şəraitində, ermənilər tərəfindən neçə illərdən bəri əlverişli yerlərdə qurduqları istehkamları darmadağın etdilər. Və bu günə qədər Azərbaycan ərazilərindən çıxarılmamış Ermənistan ordusunun böyük hissəsi və hərbi texnikası məhv edildi və hərbi qənimət kimi götürüldü. Antiterror əməliyyatı zamanı Azərbaycan zabiti, Azərbaycan əsgəri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi. Nizami Zalov Abşeron Ağsaqqallar Şurasının sədri, Şəhid Vidadi Zalovun atası Geri dön |