Ana Sayfa > Siyasət > Azərbaycanda "Şücaətə görə" medalı təsis olundu
Azərbaycanda "Şücaətə görə" medalı təsis olundu8-12-2016, 15:52. Yazar: admin |
Prezident İlham Əliyev Azərbaycan Respublikasının "Şücaətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə əmr verib. Aia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qanun dəyişikliyində deyilir: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447) 2-ci maddəsinə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin: "Şücaətə görə" medalı;" Maddə 2. "Azərbaycan Respublikasının "Şücaətə görə" medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur). Maddə 3. "Azərbaycan Respublikasının "Şücaətə görə" medalının təsviri" təsdiq edilsin (əlavə olunur)". Geri dön |