Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi
Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi8-12-2016, 15:46. Yazar: admin |
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib. Aia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" aia.az Geri dön |