Ana Sayfa > Özəl > THY-nin qara siyahısında neçə nəfər var?

THY-nin qara siyahısında neçə nəfər var?


16-09-2024, 14:08. Yazar: sevinc1
THY-nin qara siyahısında neçə nəfər var?

Türk Hava Yollarının (THY) qara siyahısında 440 nəfərin olduğu açıqlanıb.
THY-nin baş direktoru Bilal Ekşi sosial media hesabından verdiyi açıqlamada bu sözləri deyib:
“Uçuşların təhlükəsizliyi bizim prioritetimizdir. Prosedura uyğun olaraq, uçuş təhlükəsizliyini təhdid edən və ya komandalarımıza şifahi və ya fiziki hücum edənləri müvəqqəti və ya qeyri-müəyyən uçuş qadağaları siyahısına salır və onlara qarşı cinayət işi qaldırırıq. Belə ki, siyahıda 440 nəfər var”.

Nəhayət, sentyabrın 14-də baş verən hadisədə TK1983 İstanbul-London reysi ilə aqressiv davranışlar nümayiş etdirən, kabin heyətini və sərnişinləri təhqir edən sərnişin polisin müşayiəti ilə təyyarədən endirilib. Təyyarəyə maddi ziyan vurduğu deyilən B.G adlı sərnişin barəsində qanuni iş başlanılıb və o, “qanunsuz sərnişin” siyahısına (qara siyahı) salınıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön