Ana Sayfa > Təhsil > UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Bilik Günü qeyd edildi

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Bilik Günü qeyd edildi


16-09-2024, 13:13. Yazar: sevinc1
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Bilik Günü qeyd edildi

Sentyabrın 16-da UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Bilik Günü və yeni tədris dərs ilinin başlanması münasibətilə tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Kollecin direktoru Şəhriyar Laçınov tələbələri 2024/2025 yeni tədris ili münasibəti ilə təbrik etdi. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan söz açan Ş.Laçınov Kollecdə tələbələrin təhsil alması üçün yaradılan şərait haqqında geniş məlumat verdi. Daha sonra Kollecin hüquqşünası,ömrünün 40 ilindən çoxunu bu təhsil ocağına həsr edən Alavərdi Culfayevi II dərəcəli “Əmək Ordeni” ilə təltif olunması münasibəti ilə təbrik etdi.

Sosial və Humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev də öz növbəsində tələbələri təbrik edərək,gələcək həyatlarında uğurlar arzuladı. Bu il 200 nəfərdən çox tələbəmizin ali təhsil müəssisələrinə qəbul olduğunu vurğulayan Z.Vəliyev yeni qəbul olan tələbələrimizin də biliyi, bacarığı ilə Kollecimizə yeni töhfələr verəcəklərinə ümidvar olduğunu qeyd etdi.

Tədbirdə Kollecin fəal tələbələrindən olan Aytac Mehdiyeva da iştirak edərək tələbə adını qazanmış tələbələri salamlayaraq təbrik etdi.

Tədbirdə kollecin şəhid olmuş məzun tələbəsi Şaiq Kəlbiyevin anası Səmayə xanım da iştirak edirdi.
Geri dön