Ana Sayfa > İdman > Ançelotti Ardadan danışdı

Ançelotti Ardadan danışdı


16-09-2024, 10:17. Yazar: sevinc1
Ançelotti Ardadan danışdı

"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 5-ci turunda "Real Sosyedad"la oyundan (2:0) sonra yarımmüdafiəçisi Arda Gülerin çıxışını dəyərləndirib.

aia.az xəbər verir ki, o, 19 yaşlı yarımmüdafiəçinin oyunundan razı qaldığını söyləyib: “Arda Gülerin oyunundan razıyam. Onun yarımmüdafiəçi kimi bacarığı həm komanda, həm də özü üçün daha çox imkanlar açır”.

Xatırladaq ki, Arda ötən ilin yayında Madrid təmsilçisinə keçib.O, aldığı zədələr səbəbindən yalnız bu ilin yanvar ayında komandada debüt etməyi bacarıb.

aia.az
Geri dön