Ana Sayfa > Ölkə > 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub -
6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub -16-09-2024, 09:58. Yazar: sevinc1 |
Goranboyda 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub. aia.az xəbər verir ki, Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub. Bu zaman qadının böyük oğlu (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib. Bu zaman 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb. Faktla bağlı araşdırma aparılır. *** 09:38 Goranboyda evdə başvermiş yanğın zamanı ağır xəsarət alan körpə ölüb. aia.az xəbər verir ki, Goranboy rayon Veyisli kəndində başvermiş yanğın nəticəsində ağır yanıq xəsarətləri alan 6 ay yarımlıq körpə göstərilən tibbi yardımlara baxmayaraq ölüb. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |