Ana Sayfa > Manşet / Dünya > ÜST meymun çiçəyinə qarşı ilk peyvəndi təsdiqlədi
ÜST meymun çiçəyinə qarşı ilk peyvəndi təsdiqlədi13-09-2024, 17:25. Yazar: sevinc1 |
Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi virusuna qarşı ilk peyvəndi təsdiqləyib. aia.az bu barədə xarici mətbuata istinadla xəbər verir. Məlumata görə, ÜST meymun çiçəyi virusuna qarşı ilkin kvalifikasiya edilmiş peyvəndin "MVA-BN" olduğunu açıqlayıb. Bildirilib ki, peyvənd 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna bilər. İlkin kvalifikasiya təsdiqinin təcili ehtiyacı olan icmalarda bu həyati əhəmiyyətli məhsula vaxtında çıxışı asanlaşdıracağı, ötürülmənin azaldılması və epidemiyanın idarə olunmasına kömək edəcəyi gözlənilir. aia.az Geri dön |