Ana Sayfa > Gündəm > Yasamalın icra başçısı şəhid övladları ilə görüşdü

Yasamalın icra başçısı şəhid övladları ilə görüşdü


13-09-2024, 12:13. Yazar: sevinc1
Yasamalın icra başçısı şəhid övladları ilə görüşdü

Bilik Günü ərəfəsində Yasamal Rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın övladları ilə görüş keçirilib.

aia.az xəbər verir ki, tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrini salamlayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib.

Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini qeyd edən icra başçısı ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından, qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə şəfa dilədi. Adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğuladı. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini, belə vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə minnətdarlığını bildirdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Bilik günü ilə əlaqədar təlim prosesində şəhid övladlarına yüksək nəticələr arzu edib.

Tədbirdə çıxış edən “Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanov və digər natiqlər şəhid övladlarının hər birimiz üçün müqəddəs əmanət olduğunu qeyd ediblər. Bu baxımdan şəhid övladlarının diqqət və qayğı ilə əhatə olunması işində yalnız dövlət qurumlarının deyil, həmçinin qeyri-hökümət təşkilatlarının da üzərinə məsuliyyət düşdüyü bildirilib.

Tədbirdə tədris prosesi barədə şəhid övladları ilə xoş söhbət baş tutub. Sonda şəhid övladlarına tədris sovqatları təqdim edilib.
Geri dön