Ana Sayfa > Gündəm / Karusel > Parlament hökumətə vaxt verdi

Parlament hökumətə vaxt verdi


7-12-2016, 18:47. Yazar: admin
Parlament hökumətə vaxt verdi





Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

Parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 9 gün vaxt verilib.

Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 16-na kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 16-da büdcə layihəsi səsverməyə çıxarılacaq.

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi dekabrın 8-də davam etdiriləcək.

aia.az
Geri dön