Ana Sayfa > Özəl > Sudanda vəba epidemiyasında ölənlərin sayı 242-yə yüksəlib

Sudanda vəba epidemiyasında ölənlərin sayı 242-yə yüksəlib


12-09-2024, 12:40. Yazar: sevinc1
Sudanda vəba epidemiyasında ölənlərin sayı 242-yə yüksəlib

Sudan Səhiyyə Nazirliyi vəba epidemiyası nəticəsində həyatını itirənlərin sayının 242-yə yüksəldiyini bildirib.Nazirlikdən verilən açıqlamada, 18 əyalətdən 8-də yayılan vəba epidemiyasına yoluxma sayının 6 min 968-ə çatdığı bildirilib.
Açıqlamada epidemiyadan ölənlərin sayının 242-yə yüksəldiyi bildirilib.

212 İNSAN YAYĞIŞLAR VƏ SELLƏRDƏ ÖLÜR
Açıqlamada, ölkədə iyun ayından etibarən təsirli olan və vəba xəstəliyinin yayılmasına səbəb olan yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 212-yə yüksəldiyi bildirilib.

Açıqlamada, 11 əyalətdə yağış və daşqınlardan zərər çəkənlərin sayının 250 min 111-ə yüksəldiyi qeyd edilib.

İyun ayından etibarən ölkədə təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi, səhiyyə sisteminin effektiv işləmədiyi ölkədə epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Sudanda iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.

aia.az
Tərcümə şöbəsi
Geri dön