Ana Sayfa > Özəl > Qəzzada 530 min uşağa poliomielit əleyhinə peyvənd edilib
Qəzzada 530 min uşağa poliomielit əleyhinə peyvənd edilib12-09-2024, 12:33. Yazar: sevinc1 |
Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi (UNRWA) Qəzzada başladılan poliomielit peyvəndi kampaniyasında təxminən 530 min uşağın peyvənd edildiyini açıqlayıb. UNRWA tərəfindən edilən açıqlamada, “Bütün çətinliklərə baxmayaraq və səhiyyə işçilərimizin fədakar əməyi sayəsində Qəzzanın şimalında poliomielit peyvəndi kampaniyası davam edir. "İndiyə qədər Qəzza zolağı boyunca təxminən 530 min uşaq peyvənd olunub və biz 10 yaşından kiçik bütün uşaqlara çatmaq üçün gecə-gündüz işləməyə davam edirik." aia.az Tərcümə şöbəsi Geri dön |