Ana Sayfa > İqtisadiyyat > PAŞA Bankın strukturunda dəyişikliklər olub

PAŞA Bankın strukturunda dəyişikliklər olub


7-12-2016, 18:21. Yazar: admin
PAŞA Bankın strukturunda dəyişikliklər olub




PAŞA Bank ASC-nin Auditor komitəsinə iki yeni üzv təyin olunub.

aia.az Trend-ə istinadən xəbər verir ki, Pərvin Əhədzadə komitənin sədri təyin olunub. Ramil Heydərov komitənin yeni üzvü olub.

Qeyd edək ki, bankın Auditor komitəsinin keçmiş sədri Azər Sadıqov idi. Komitənin tərkibinə həmçinin Cəmil Məmmədov da daxildir.

Bankın strukturunda Strategiya və büdcə komitəsi yaradılıb. Komitənin sədri vəzifəsinə bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva təyin olunub. Komitənin tərkibinə Aktiv və passivlərin idarə olunması və xəzinə departamentinin direktoru Bəhruz Nağıyev daxil edilib.

Dəyişikliklər həmçinin Risklərin idarə olunması komitəsində də qeydə alınıb. Burada bankın Müşahidə Şurasının üzvü Vadim Şneyeri Xəyalə Nağıyeva əvəz edib.

aia.az
Geri dön