Ana Sayfa > Özəl > Almaniyada körpü çökdü! Fəlakətin astanasının qarşısı alındı
Almaniyada körpü çökdü! Fəlakətin astanasının qarşısı alındı12-09-2024, 09:20. Yazar: sevinc1 |
Almaniyanın Drezden şəhərində qorxulu anlar yaşanıb. Karola körpüsünün dəmir yolu hissəsi dağılıb.Almaniyanın Drezden şəhərində Elba çayı üzərində yerləşən Karola körpüsündə gecə saatlarında qismən çökmə baş verib. Xilasetmə qrupları və ekspert qrupları dəymiş ziyanı qiymətləndirmək üçün əraziyə göndərilib. Drezden Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamada relslərin yerləşdiyi körpünün təxminən 100 metrlik hissəsinin dağıldığı, ölən və yaralananların olmadığı bildirilib. BORULARDA ZƏDƏN OLUB Sonuncu tramvayın çökməyə 10 dəqiqə qalmış körpünün üstündən keçdiyi öyrənilib. Şərqi Almaniya dövründən qalan tarixi Drezden bölgəsini digər hissələrlə birləşdirən körpü və ətraf yollar çökdükdən sonra nəqliyyatın hərəkəti üçün bağlanıb. Şəhər nəqliyyatında böyük aksamalar olsa da, çökmədən sonra şəhərin istilik sistemini təmin edən borulara ziyan dəyib. Səlahiyyətlilər körpüdə daha çox çökmələrin ola biləcəyi barədə xəbərdarlıq edib. Körpünün dağılmasının səbəbi hələlik məlum olmasa da, onun korroziyaya məruz qalmış ola biləcəyi bildirilir. aia.az Tərcümə şöbəsi Geri dön |