Ana Sayfa > Cəmiyyət > Avtomobil çaya aşdı: yaralı var

Avtomobil çaya aşdı: yaralı var


7-12-2016, 18:18. Yazar: admin
Avtomobil çaya aşdı: yaralı var





Daşkəsən rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aia.Az APA-ya istinadən xəbər verir ki, hadisə Daşkəsən-Xoşbulaq avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. Xoşbulaq kənd sakini, 1974-cü il təvəllüdlü Azər Mahmudov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən yolun buzlu olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarında olan çaya aşıb.

Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq əvvəlcə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön