Ana Sayfa > Siyasət > Avropa enerji təhlükəsizliyini Azərbaycanda görür

Avropa enerji təhlükəsizliyini Azərbaycanda görür


11-09-2024, 13:06. Yazar: sevinc1
Avropa enerji təhlükəsizliyini Azərbaycanda görür

Prezident İlham Əliyevin cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı ilə əlaqədar ilk olaraq onu deyim ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır. Prezidentimiz, cənab İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə güclənib. Dünyada, eləcə də yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var. Azərbaycanın bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır. Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu bir faktdır ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. İkitərəfli əlaqələrimiz isə enerji və ticarətlə məhdudlaşmır. Forumda dioloq zamanı cənab Prezident bildirib ki, Azərbaycan Rusiya-Ukrayna arasında körpüləri qura bilər və bu nəzəri cəhətdən bu mümkündür. “Çünki Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq.”
 Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən siyasəti ilə cənab İlham Əliyev həm də qlobal miqyasda qəbul edilən liderdir. O da faktdır ki, Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolunu düzgün qiymətləndirməsinin nəticəsində bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. 2006-cı ildə istismara verilən Bakı-Tiflis-Ceyhan boru kəməri dünya enerji təhlükəsizliyinə bu gün də böyük töhfələr verir. 2018-ci ildə rəsmi açılışı olan Cənub Qaz Dəhlizinin isə Qərb üçün əhəmiyyəti getdikcə artır. Xatırladaq ki, uzunluğu 3,5 min kilometr olan Cənub Qaz Dəhlizi 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edir.
Bəxtiyar Mustafayev , YAP Mingəçevir şəhər təşkilatının sədri 

Geri dön