Ana Sayfa > Özəl > Azərbaycan və İtaliya arasında İkitərəfli münasibətlər qarşılıqlı etimad üzərində qurulub

Azərbaycan və İtaliya arasında İkitərəfli münasibətlər qarşılıqlı etimad üzərində qurulub


11-09-2024, 10:59. Yazar: sevinc1
Azərbaycan və İtaliya arasında İkitərəfli münasibətlər qarşılıqlı etimad üzərində qurulub

Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş ölkələr kimi fəaliyyət göstərirlər. Hər iki ölkənin müntəzəm siyasi təmasları da var və yüksək səviyyəli siyasi təmaslar ölkələrin yaxın siyasi tərəfdaş olduğunu nümayiş etdirir. Heç şübhəsiz ki, Azərbaycan-İtaliya ikitərəfli münasibətləri qarşılıqlı etimad, hörmət və qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bu səbəbdəndir ki, iki ölkə arasındakı münasibətlər fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğuna nümunədir.
Qarşılıqlı səfərlərin təşkili, müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə əməkdaşlıq iki ölkənin əlaqələrinin daha da zənginləşməsinə səbəb olur. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızınşaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək.

Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini
Geri dön