Ana Sayfa > Özəl > Harrisin qərargahı Trampla növbəti debatlara icazə verib

Harrisin qərargahı Trampla növbəti debatlara icazə verib


11-09-2024, 09:39. Yazar: sevinc1

Harrisin qərargahı Trampla növbəti debatlara icazə verib

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahının sədri Cen O'Malley-Dillon hesab edir ki, oktyabrda respublikaçı Donald Trampla teledebatların növbəti raundunun keçirilməsi zəruridir.O'Malley-Dillon-un kampaniyanın mətbuat xidməti tərəfindən açıqlanan bəyanatında iddia etdiyi kimi, amerikalılar noyabr ayında "Kamala Harrislə irəli getmək və ya Trampla geri getmək arasında" seçim etməli olacaqlar.

"Onlar bunu bu gün gördülər və oktyabrda keçiriləcək ikinci debatda da görməlidirlər. Vitse-prezident Harris ikinci debata hazırdır. Donald Tramp hazırdırmı?" - bəyanatda deyilir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını hazırkı Amerika lideri Co Baydenin təmsil edəcəyi güman edilirdi, lakin sonradan Respublikaçılar Partiyasının namizədi olmuş Trampla iyun debatındakı fəlakətli çıxışından sonra o, yarışdan çəkilmək qərarına gəlib. Bayden avqust ayında Demokratlar Partiyasından prezidentliyə namizəd kimi təsdiqlənən Harrisin namizədliyini dəstəkləyib.

aia.az
Tərcümə şöbəsi
Geri dön