Ana Sayfa > Özəl > Almaniyada səki və tramvay yolları olan körpünün böyük hissəsi dağılıb
Almaniyada səki və tramvay yolları olan körpünün böyük hissəsi dağılıb11-09-2024, 09:34. Yazar: sevinc1 |
Almaniyanın Drezden şəhərində piyada sahəsi və tramvay yolları olan Carolabrücke körpüsünün böyük hissəsi Elba çayına düşüb. Bu barədə “Bild” qəzeti mənbəyə istinadən məlumat yayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Körpünün ətrafı mühasirəyə alınıb, yanğınsöndürmə xidməti hadisə yerindədir. Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Sächsische qəzetinin məlumatına görə, çökmə nəticəsində iki böyük mərkəzi istilik borusu zədələnib. Bu səbəbdən bütün şəhərdə istilik təchizatında fasilələr yaranıb. Bir neçə gün əvvəl Vyetnamın şimalındakı Phu Tho əyalətində körpünün çökməsi nəticəsində insanlar və maşınlar suya düşüb. Vyetnam baş nazirinin müavini Ho Duk Fok bildirib ki, təxminən 13 nəfər itkin düşüb, 4 nəfər xilas edilib. aia.az Tərcümə şöbəsi Geri dön |