Ana Sayfa > Siyasət > Sərhədlərin delimitasiyası üzrə komissiyaların əsasnaməsinə bu tarixdə baxılacaq

Sərhədlərin delimitasiyası üzrə komissiyaların əsasnaməsinə bu tarixdə baxılacaq


10-09-2024, 18:00. Yazar: sevinc1
Sərhədlərin delimitasiyası üzrə komissiyaların əsasnaməsinə bu tarixdə baxılacaq

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməyə sentyabrın 24-də baxacaq.

aia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Ötən həftə reqlament Ermənistan hökumətinin iclasında təsdiq edilib. Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə verdikdən sonra parlamentdə müzakirəyə çıxarılacaq.

aia.az
Geri dön