Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 27 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 27 nəfər saxlanıldı


10-09-2024, 10:20. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 27 nəfər saxlanıldı


Sentyabrın 9-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

aia.az
Geri dön