Ana Sayfa > Seçilənlər > Türkiyədə konstitusiyanı dəyişmək üçün keçiriləcək referendumun tarixi açıqlandı

Türkiyədə konstitusiyanı dəyişmək üçün keçiriləcək referendumun tarixi açıqlandı


7-12-2016, 13:00. Yazar: admin


Türkiyədə konstitusiyanı dəyişmək üçün keçiriləcək referendumun tarixi açıqlandı
Türkiyədə konstitusiya ilə bağlı referendumun 2017-ci ilin aprelin 23-də keçiriləcəyi gözlənilir.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketini ən geci dekabrın 9-da Türkiyə Böyük Millət Məclisinə təqdim edəcək.

İnformasiyaya görə, müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) və AKP-dən olan 351 millət vəkilinin səs verməsi nəticəsində konstitusiyaya dəyişikliklər parlamentdə qəbul ediləcək və layihə referendumda xalqın səsverməsinə çıxarılacaq.

Qeyd edək ki, AKP və MHP liderləri ötən həftə görüşərək, konstitusiyaya əlavə və dəyişikliyə dair müzakirələr aparıblar.
Geri dön