Ana Sayfa > Manşet / Siyasət > Ermənistan sülh sazişi layihəsini Azərbaycana təhvil verib

Ermənistan sülh sazişi layihəsini Azərbaycana təhvil verib


9-09-2024, 14:48. Yazar: sevinc1
Ermənistan sülh sazişi layihəsini Azərbaycana təhvil verib

Ermənistan sülh sazişi layihəsini Azərbaycana təhvil verib və onun cavabını gözləyir.

aia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

Erməni tərəfi hesab edir ki, qısa müddətdə sülh sazişi imzalamaq və regionda uzunmüddətli sabitliyə qapı açmaq üçün real imkan var.

Xatırladaq ki, sentyabrın 6-da dövlət başçısı İlham Əliyev bildirib ki, Bakı sülh müqaviləsinin mətninin demək olar ki, 80%-i ilə İrəvanla razılaşıb.

Avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi üzrə danışıqları davam etdirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkənin sərhədində görüşməyə hazır olduğunu bəyan edib.

aia.az
Geri dön