Ana Sayfa > Dünya / Karusel > Çində növbəti öldürücü virus:

Çində növbəti öldürücü virus:


9-09-2024, 09:47. Yazar: sevinc1
Çində növbəti öldürücü virus:

Pekin Mikrobiologiya və Epidemiologiya İnstitutunun çinli alimləri gənə vasitəsilə ötürülən və sinir sisteminə zərər verən yeni virus aşkar ediblər.

aia.az xəbər verir ki, bu tədqiqat barədə "The New England Journal of Medicine" (NEJM) elmi nəşrində dərc olunub.

Aşkar edilmiş patogenə bataqlıq virusu və ya "WELV" adı verilib. Virus ilk dəfə Çinin şimalındakı Daxili Monqolustanda parkı ziyarət edərkən gənə dişləyərək xəstəxanaya yerləşdirilən 61 yaşlı kişidə aşkar edilib.

Xəstədə hərarət, baş ağrısı və qusma müşahidə olunub. Antibiotiklər simptomları aradan qaldırmayıb, bu da infeksiyanın bakteriyalardan qaynaqlanmadığını göstərir. Kişinin qanında DNT və RNT analizi heç vaxt görülməmiş ortonairovirus aşkar edib. Orthonairoviruslara gənələr tərəfindən ötürülən bir sıra patogenlər daxildir.

aia.az
Geri dön