Ana Sayfa > Gündəm > Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı


7-09-2024, 22:29. Yazar: sevinc1
Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrası kimə tapşırıldığı məlum olub.

aia.az-ın məlumatına görə, bu vəzifənin icrası general-mayor Eldəniz Yəhyayevə həvalə olunub.

Eldəniz Yəhyayev general rütbəsini iki il öncə alıb. O, daha öncə Maddi-Texniki Təminat Baş İdarəsində Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.
Geri dön