Ana Sayfa > Karusel / Siyasət > “Zəngəzur dəhlizi” deyilən layihə reallığa çevrilə bilməz” -
“Zəngəzur dəhlizi” deyilən layihə reallığa çevrilə bilməz” -6-09-2024, 14:11. Yazar: sevinc1 |
İran növbəti dəfə Ermənistanın himayədarı rolunda çıxış edib. aia.az xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani ölkəsinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ifadə edib. “İran əmin edir ki, “Zəngəzur dəhlizi” deyilən layihə reallığa çevrilə bilməz”, - Mehdi Sobhani vurğulayıb. Səfir İranın Ermənistanın ərazi bütövlüyü, milli suverenliyi və müstəqilliyini dəstəklədiyini bir daha təsdiqləyib. O əlavə edib ki, Ermənistanın ərazi bütövlüyü onlar üçün “qırmızı xətt”dir. Qeyd edək ki, İran rəsmiləri bundan əvvəl də dəfələrlə Zəngəzur dəhlizi əleyhinə bəyanatlar səsləndiriblər. aia.az Geri dön |