Ana Sayfa > Gündəm > Azərbaycanda zəlzələdən sonra qatarların hərəkət sürəti qismən aşağı salındı

Azərbaycanda zəlzələdən sonra qatarların hərəkət sürəti qismən aşağı salındı


5-09-2024, 12:12. Yazar: sevinc1
Azərbaycanda zəlzələdən sonra qatarların hərəkət sürəti qismən aşağı salındı

Azərbaycanda dəmir yolu infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.

aia.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyəti zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir.

Belə ki, bu gün saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ️

aia.az
Geri dön