Ana Sayfa > Media > 15 il ərzində yeni buz dövrü başlanacaq – XƏBƏRDARLIQ

15 il ərzində yeni buz dövrü başlanacaq – XƏBƏRDARLIQ


6-12-2016, 16:44. Yazar: admin


Bu nəticəyə Böyük Britaniya ekspertləri gəliblər.

Alimlər tərəfindən yaradılmış yeni elmi model ən böyük dəqiqliklə günəş fəallığını proqnozlaşdırmağa imkan verir. Bu model proqnoz irəli sürməyə imkan verir ki, Günəşdə maqnit fəallığı 2030-2040-cı illər arasında 60 faiz aşağı düşəcək.

Oxu.Az Xəbər oxu portalına istinadən xəbər verir ki, alimlər proqnozlaşdırır ki, günəşdəki aktivliyin 2030-2040-cı illər arasında 60 faiz aşağı düşməsi kiçik buzlaşma dövrünü gətirəcək.

“Maunder minimum” adlandırılan kiçik buzlaşma dövrü axırıncı dəfə günəşdəki partlayışların ən az baş verdiyi 1645-1715-ci illər arasında olub. Elm adamları Günəşin “11 illik ürək döyüntüsü”nün (Günəşin maqnit fəallığının tərəddüdləri dövrü) modelini hazırlayıbar. Bü cür dövrilik ilk dəfə 173 il əvvəl qeydə alınıb. Tədqiqatçı Valentina Jarkov bildirir ki, növbəti dövrün piki 2022-ci ildə olacaq və sonrakı - 26-cı dövr yeni buz dövrünün müjdəçisi olacaq. Kiçik buzlaşma dövrü 2030-cu ildən 2040-cı ilədək davam edəcək. “Maunder minimum” zamanı atmosferin temperaturu bütün dünyada 1,3 dərəcə aşağı düşüb. Bu dövr həmçinin, Günəş ləkələrinin minimal fəallığının uzunmüddətli dövrü kimi məşhurdur.
Geri dön