Ana Sayfa > Seçilənlər-4 > Ermənistanda maaş əvəzində insanlara pendir paylanıb
Ermənistanda maaş əvəzində insanlara pendir paylanıb6-12-2016, 16:43. Yazar: admin |
Ermənistanın Qeqarkunik vilayətinin Çambarak şəhərində əmək haqları ilə bağlı yığılmış borcların əvəzində insanlara rokfor pendiri paylanıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, insanlar bir neçə aylıq işlərinin qarşılığında maaşlarını tələb ediblər. “Aştarak kat” zavodunun rəhbərliyi isə bunun qarşılığında kiloqramını 2 min dramdan (4,1 dollar) hesablamaqla əhaliyə rokfor pendiri verib. Şəhər meri Yuri Avalyan bildirib ki, əvvəlcədən pendirin qiymətinin 2,5 min dram (5,2 dollar) olması razılaşdırılsa da, sonradan bu rəqəm dəyişdirilib: “Hazırda zavodda təxminən 60 ton pendir var, lakin prosesin reallaşdırılmasında problem yaranıb. Əgər pendir zavod ərazisindən çıxarılsa, xarab olacaq. Ona görə də satış üçün bazar axtarırıq. Həmçinin Rusiyaya ixrac edilməsi ilə bağlı da yollar axtarılır”. Qeyd edək ki, rokfor fransız pendir növüdür. Geri dön |