Ana Sayfa > Dünya > Sabahdan Ermənistanda Konstitusiya müzakirələri

Sabahdan Ermənistanda Konstitusiya müzakirələri


4-09-2024, 18:00. Yazar: sevinc1
Sabahdan Ermənistanda Konstitusiya müzakirələri

Sabahdan Ermənistanda yeni Konstitusiya ilə bağlı müzakirələrə start veriləcək.

aia.az xəbər verir ki, sentyabrın 4-də jurnalistlərlə söhbətində Ermənistanın ədliyyə naziri Qriqor Minasyan Konstitusiya islahatlarından danışarkən deyib.

Onun sözlərinə görə, referendum keçirilmədən də dəyişdirilə bilən konkret maddələrin müzakirəsi təklif olunub.

“Bu, müzakirə edəcəyimiz yeni bir ideyadır. Artıq Şura qərar verəcək. 2027-ci ildə konstitusiya referendumunun keçiriləcəyi ilə bağlı ilkin təsəvvürlər var.

O vaxta qədər hər şeyi təfərrüatı ilə, ictimai müzakirələr vasitəsilə, peşəkar ictimaiyyətlə işləmək üçün kifayət qədər vaxtımız var, Şuranın özü müxtəlif layihələrdə iştirak edən insanlardan ibarətdir ki, onlar da hər şeyi sakit və hərtərəfli təhlil edə biləcəklər.

Elə məsələlər var ki, biz onları artıq səsə qoymuşuq, müzakirə etmişik, lakin hələ görüləsi işlər çoxdur. Deyə bilərik ki, sabah yeni Konstitusiyanın və yeri gəlmişkən, yeni ideyaların müzakirəsinə start veriləcək”, - deyə Minasyan bildirib.

Ədliyyə Nazirliyi bir müddət öncə bəyan edib ki, Ermənistanda Konstitusiyaya dəyişiklik üzrə referendum 2027-ci ildə keçirilə bilər.

Ermənistanın hazırkı Konstitusiyası Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün əngələ çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında bunu açıq və qəti şəkildə söyləyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın Konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var.

aia.az
Geri dön