Ana Sayfa > Ölkə > Bakıda qadının çantasından 6500 manat oğrulandı

Bakıda qadının çantasından 6500 manat oğrulandı


4-09-2024, 11:52. Yazar: sevinc1
Bakıda qadının çantasından 6500 manat oğrulandı

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Bu barədə aia.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.

Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

aia.az
Geri dön