Ana Sayfa > Özəl > Kreml seçkilərdən sonra ABŞ-ın Rusiyaya qarşı siyasətində mümkün dəyişikliyi qiymətləndirib
Kreml seçkilərdən sonra ABŞ-ın Rusiyaya qarşı siyasətində mümkün dəyişikliyi qiymətləndirib4-09-2024, 10:50. Yazar: sevinc1 |
ABŞ-ın Rusiya Federasiyasına qarşı siyasəti prezident seçkilərindən sonra əsaslı şəkildə dəyişməyəcək.RİA Novosti xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Aydındır ki, nəyinsə dəyişməsi mümkün deyil. Amma növbəti administrasiyanın konfiqurasiyasından asılı olaraq bəzi nüanslar baş verə bilər”, - Kreml nümayəndəsi bildirib. ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Keçmiş prezident Donald Tramp Respublikaçılar Partiyasından, hazırkı vitse-prezident Kamala Harris isə Demokratlar Partiyasından seçkilərdə iştirak edəcək. aia.az Tərcümə şöbəsi Geri dön |