Ana Sayfa > Təhsil / Karusel > Dövlət məktəbləri özəlləşdiriləcək?
Dövlət məktəbləri özəlləşdiriləcək?6-12-2016, 15:33. Yazar: admin |
Repetitorluqla məşğul olan müəllimlərin məktəblə birgə fəaliyyət müqaviləsinin imzalanması yaxın gələcəkdə reallaşa bilər. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O qeyd edib ki, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanması ilə bağlı qərar verib. M.Vəliyeva, həmçinin təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsinə də toxunub. Bildirib ki, hər hansı təhsil müəssisəsinin özəlləşdirilməsi məsələsi hazırda aktual deyil, lakin bu məsələyə baxıla bilər. “Uşaqların təhsilə əlçatan olması baxımından dövlət məktəblərinin olması daha məqsədəuyğundur. Perspektivdə dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsinə baxıla bilər”. Geri dön |