Ana Sayfa > Özəl > Cənubi Koreyada Telegram-a qarşı iş "çətin" adlandırıldı
Cənubi Koreyada Telegram-a qarşı iş "çətin" adlandırıldı3-09-2024, 19:14. Yazar: sevinc1 |
Cənubi Koreya prokurorluğu Telegram messencerinə qarşı işin asan olmayacağını bildirib. RİA Novosti bu barədə Cənubi Koreya prokurorluğundakı mənbəyə istinadən xəbər verir. Mənbənin sözlərinə görə, yerli polis üçün Telegram hüquqi şəxsindən axtarış qərarı almaq çətin olacaq. Bundan əlavə, əgər Telegram özü istintaqla əməkdaşlıq etmək istəməsə, araşdırma xeyli mürəkkəbləşəcək, çünki şirkət xarici yurisdiksiyaya malikdir.“Lakin order verilsə belə, onun praktikada icrası son dərəcə çətin olacaq. <...> Qərb ölkələri mətbuat azadlığını geniş şəkildə qoruyur, ona görə də onlar hətta deepfakes ilə bağlı böhtan hallarında belə axtarış qərarı vermirlər. Ona görə də bəzi cinayətlərə order verilmir. Belə olan halda həm polis, həm də prokurorluq istintaqda ciddi çətinliklərlə üzləşəcək. Bu asan olmayacaq”, - mənbə bildirib. Bundan əvvəl Cənubi Koreya Telegram-da araşdırmaya başlayıb. aia.az Tərcümə şöbəsi Geri dön |