Ana Sayfa > Özəl > Davamlı uğurların qapısını açmış müstəqillik tariximizin parlaq səhifələri
Davamlı uğurların qapısını açmış müstəqillik tariximizin parlaq səhifələri3-09-2024, 17:32. Yazar: sevinc1 |
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə ulu öndər Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Hər bir xalqın tarixinin ən mürəkkəb mərhələsində onun dövlətçilik ənənələrini formalaşdırmış milli lideri müstəsna rol oynayır. Ona görə də liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən onların mənsub olduğu xalqların dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə bağlılıqları ilə milyonların qəlbində möhtəşəm abidə ucaldırlar.Ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, xalqımızın ümidlərinin dirçəlişi və gələcəyə inamının artmasının təcəssümü idi. “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” deyən Ulu öndər Heydər Əliyev bu fikirləri həyata keçirdiyi müdrik siyasəti ilə sübut edib. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə də böyük xidmətlər göstərib. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqın rifahının daha da yüksəldilməsi, respublikamızın tərəqqisinin təmin olunması və müstəqilliyimizin möhkəmləndirilməsində tarixi əhəmiyyətə malik işlər görülüb. Azərbaycan dövlətinin memarı olan ümummilli lider Heydər Əliyev dövlətimizin suverenliyinin qorunmasını mühüm amal və ali məqsəd hesab edirdi. Onun bu fikirlərini xatırlamaq yerinə düşər: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Tarixi Zəfərimiz müstəqillik tariximizin ən parlaq səhifəsidir. Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxr edir və sözlə ifadə edilməsi mümkün olmayan sonsuz qürur hissi keçirir ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Zəfərimizin dünyaya təqdimatı oldu.30 illik torpaq həsrətinə, nisgilə, sıxıntılara son qoyuldu. Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, qürurumuzun, kimliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından qürur hissi keçiririk. Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Pərvanə Verdiyeva, Gədəbəy şəhər 3 nömrəli məktəbin direktoru - fəal gənc Geri dön |