Ana Sayfa > Özəl > Xalqın iradəsini yerinə yetirən Ulu Öndər

Xalqın iradəsini yerinə yetirən Ulu Öndər


3-09-2024, 12:42. Yazar: sevinc1
Xalqın iradəsini yerinə yetirən Ulu Öndər

Ulu Öndər Heydər Əliyev 1990-cı ildə xalqımızın düçar olduğu ağır siyasi durumda, fəlakətli günlər Vətənə gəlmişdir. Həmin günlərdə xalqın böyük əksəriyyəti diqqətini Naxçıvana, Heydər Əliyev şəxsiyyətinə yönəltmişdir. Dövləti və xalqı gözləyən təhlükələrin qarşısını almaq məqsədilə xalqın sağlam qüvvələri böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etmişdirlər. Ölkəni fəlakətli vəziyyətdən yalnız Heydər Əliyev qurtara bilərdi. Xalqımızın Heydər Əliyev şəxsiyyətinə olan bu inamı heç də səbəbisiz deyildir. Çünki Ulu Öndər ötən əsrin 70-80-cı illərində Azərbaycana rəhbərlik etdiyi zaman misilsiz xidmətlər göstərərək keçmiş SSRİ kimi böyük bir dövlətin ali rəhbərliyi səviyyəsinə yüksəlmişdir.
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın daha mütərəqqi hissəsini, qabaqcıl ziyalılarını və siyasətçilərini birləşdirən Yeni Azərbaycan Partiyası artıq formalaşmağa başlamış və xalqın böyük əksəriyyətini bilavasitə Heydər Əliyev kimi görkəmli siyasi xadimin ətrafına toplamağa nail olmuşdu. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. İlk növbədə, ölkədə separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi. Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi.Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.Ulu Öndər Heydər Əliyevin dövlətçilik idealogiyasını uğurla və yüksək inkişaf xətti ilə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi genişşaxəli və məzmunlu siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ulu Öndərin yeni neft strategiyası, iri enerji layihələrinin uğurla reallaşması və işə düşməsi, dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da əbədi olmasına, dövlətçiliyimizin isə daha da qüdrətlənməsinə xidmət edir.Azərbaycanın bu gün beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanınması və qəbul olunması, son illərdə iqtisadi artımın sürətinə görə dünyada birinciliyi ələ alması təbii ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətin hazırda Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir.
Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ulu Öndərin yeni neft strategiyası, iri enerji layihələrinin uğurla reallaşması və işə düşməsi, dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da əbədi olmasına, dövlətçiliyimizin isə daha da qüdrətlənməsinə xidmət edir. Azərbaycanın müstəqil daxili və xarici siyasəti ölkəmizi təkcə regionda deyil, həmdə beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanıdır. Şübhəsiz ki, bugünki bütöv və müstəqil Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır. Ata vəsiyyətini böyük bir qətiyyətlə yerinə yetirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan günü-gündən daha da güclənir və daha böyük uğurlara doğru əmin addımlarla irəliləyir.

Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini

Geri dön