Ana Sayfa > Özəl > Zelenski ABŞ-dan Rusiya ərazisinə zərbələr endirmək üçün razılıq istəyəcək

Zelenski ABŞ-dan Rusiya ərazisinə zərbələr endirmək üçün razılıq istəyəcək


3-09-2024, 09:33. Yazar: sevinc1
Zelenski ABŞ-dan Rusiya ərazisinə zərbələr endirmək üçün razılıq istəyəcək

Ukrayna prezidenti Vladimir Zelenski son dəfə ABŞ-dan Rusiya ərazisinin dərinliklərindəki hədəflərə uzaq mənzilli silahlardan zərbələr endirmək üçün razılıq almağa çalışacaq. Bu barədə “The Economist” yazır.
Məqalədə deyilir ki, Zelenski bu həftə Nyu-Yorkda ABŞ prezidenti Co Baydenə müraciət edəcək. Ağ Ev rəhbəri Ukrayna liderinin xahişini təsdiq etməsə, o, bu məsələyə baxacaq növbəti administrasiyaya təqdim edəcək.Avqustun 29-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, Kiyev Qərb ölkələrindən Rusiya ərazisinə dərin zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək üçün razılıq almağı gözləyir. O qeyd edib ki, Ukrayna eksklüziv olaraq qanuni hərbi obyektlərə zərbələr endirməyi planlaşdırır. Söhbət Rusiyanın hərbi aerodromlarından gedir, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri aydınlıq gətirib.

Bundan əvvəl Litva Ukraynanın Rusiyanı uzaqmənzilli raketlərlə vurmasına icazə verməyə çağırıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön