Ana Sayfa > Özəl > DPA: Volkswagen qənaətə görə zavodların bağlanmasını və ixtisarları istisna etmir

DPA: Volkswagen qənaətə görə zavodların bağlanmasını və ixtisarları istisna etmir


2-09-2024, 18:14. Yazar: sevinc1
DPA: Volkswagen qənaətə görə zavodların bağlanmasını və ixtisarları istisna etmir

Avtomobil istehsalçısı Volkswagen 2023-cü ildə qəbul edilmiş qənaət proqramının bir hissəsi olaraq istehsal ehtiyacları səbəbindən zavodların bağlanmasını və işçilərin ixtisarını istisna etmir. Bu barədə DPA agentliyi konsernin rəhbərliyinin iclasından sonra qəbul edilmiş bəyanata istinadən məlumat yayıb.İdarə Heyətinin nöqteyi-nəzərindən Volkswagen AG qrupunun brendlərində əsaslı restrukturizasiya aparılmalıdır.

“Mövcud vəziyyətdə, operativ tədbirlər görülməsə, avtomobil və onun hissələrinin istehsalı üzrə zavodların bağlanması istisna oluna bilməz”, - şirkət hesab edir.
Bundan əlavə, rəhbərlik hesab edir ki, işçilərin qismən təqaüdə çıxması və birdəfəlik ödənişlər vasitəsilə əvvəlcədən planlaşdırılan iş yerlərinin ixtisarı ilə xərclərə qənaət məqsədlərinə nail olmaq mümkün deyil. Bununla əlaqədar olaraq, rəhbərlik 1994-cü ildən əmək müqavilələrində qeyd olunan əmək təminatına xitam vermək qərarına gəlib.Konsernin rəhbəri Oliver Blume qənaət rejiminin gedişini onunla əsaslandırıb ki, son vaxtlar Avropa avtomobil sənayesində vəziyyət daha da mürəkkəbləşib, o cümlədən Avropa bazarına getdikcə daha çox yeni oyunçular daxil olur. Volkswagen-in 2023-cü ildə qəbul etdiyi qənaət proqramı 2026-cı ilə qədər mənfəəti 10 milyard avro artırmaq üçün nəzərdə tutulub.

aia.az
Tərcümə şöbəsi
Geri dön