Ana Sayfa > Özəl > Fransa Rusiyanın Pavel Durovla konsulluq əlaqəsi tələbinə məhəl qoymayıb

Fransa Rusiyanın Pavel Durovla konsulluq əlaqəsi tələbinə məhəl qoymayıb


2-09-2024, 14:16. Yazar: sevinc1
Fransa Rusiyanın Pavel Durovla konsulluq əlaqəsi tələbinə məhəl qoymayıb

Fransa Rusiyanın Telegram-ın yaradıcısı Pavel Durovun konsulluqla əlaqə saxlaması tələbinə məhəl qoymayıb. Bu barədə RİA Novosti-yə Rusiyanın Parisdəki səfirliyindən məlumat verilib.Diplomatik nümayəndəlik qeyd edib ki, iş adamının həbsdə olduğu müddətdə onunla konsulluq əlaqəsi təmin edilməyib."Ümumiyyətlə, Fransa tərəfi bizim sorğumuza hələlik heç bir cavab verməyib - nə müsbət, nə də mənfi", - Rusiya səfirliyindən bildiriblər.
Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib. O, qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla altı cinayətdə ittiham olunur. Telegram-ın təsisçisi 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxışı da qadağan edilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön