Ana Sayfa > Manşet / Siyasət > Ermənistan konstitusiyasında bir sıra normativ hüquqi aktlar sülh üçün ən ciddi təhdiddir
Ermənistan konstitusiyasında bir sıra normativ hüquqi aktlar sülh üçün ən ciddi təhdiddir2-09-2024, 13:11. Yazar: sevinc1 |
Ermənistan konstitusiyasında bir sıra normativ hüquqi aktlar Azərbaycana qarşı hələ də qalır, bu sülh və normallaşma üçün ən ciddi təhdiddir. aia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib. “2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildəki 23 saatlıq lokal xarakterli antiterror tədbirləri barədə həmkarımı məlumatlandırdım. İşğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq işləri barədə də əlavə məlumatlar verdim, mina təhdidi barədə məlumatlandırdım. Bundan başqa, serb həmkarıma Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Azərbaycanın atdığı addımlar barədə məlumat verdim. Bundan başqa, iki ölkə arasında delimitasiya istiqamətində müsbət addımları dedim”, - o qeyd edib. aia.az Geri dön |