Ana Sayfa > Manşet > DİQQƏT: İlham Əliyev sərəncam imzaladı
DİQQƏT: İlham Əliyev sərəncam imzaladı6-12-2016, 12:43. Yazar: kamran |
Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzaladı Azərbaycan Prezidenti İlham Əliyev Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “1. Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”. Geri dön |