Ana Sayfa > Manşet / Aia TV / Seçki 2024 > Milli Məclisə seçkilərlə əlaqədar səsvermə başladı

Milli Məclisə seçkilərlə əlaqədar səsvermə başladı


1-09-2024, 08:00. Yazar: sevinc1
Milli Məclisə seçkilərlə əlaqədar səsvermə başladı

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb.

aia.az xəbər verir ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir.

Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Geri dön