Ana Sayfa > Karusel / Siyasət > Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir

Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir


31-08-2024, 14:38. Yazar: sevinc1
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir

Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə Rusiya, ABŞ və Fransadan ibarət ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir.

aia.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

“Sülh kontekstində biz ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul etməyi mümkün hesab edirik. Sülh bərqərar olmuş fakt olan zaman belə bir formatın mövcudluğu suallar yarada bilər”, - o deyib.

Paşinyanın sözlərinə görə, bütün məsələlər zamanla bağlıdır. “Bu cür mövzuları indi müzakirə predmetinə çevirməyin nə dərəcədə effektiv və düzgün olduğunu başa düşməliyik”, - Ermənistanın baş naziri əlavə edib.

aia.az
Geri dön