Ana Sayfa > Manşet / Siyasət > Paşinyan:
Paşinyan:31-08-2024, 14:36. Yazar: sevinc1 |
Ermənistan Azərbaycana sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağı və ratifikasiya etməyi təklif edib. aia.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “Sülh müqaviləsinin 17 maddəsindən 13-ü, eləcə də giriş hissəsi tam razılaşdırılıb. 3 maddə qismən razılaşdırılıb. Elə maddə var ki, onun mətni böyük ölçüdə razılaşdırılıb. Biz bütün bu maddələri sülh müqaviləsi kimi imzalamağı təklif edirik. Dünən təklifimizi rəsmi Bakıya təqdim etdik”, - Paşinyan onlayn mətbuat konfransında deyib. “Dünyada heç bir sənəd bütün mümkün sualları əks etdirə bilməz, heç bir sənəd bütün suallara cavab verə bilməz. Biz təklif edirik ki, mövcud razılaşmalar imzalansın və ratifikasiya olunsun, digər mümkün məsələlərin müzakirəsi isə davam etdirilsin. Razılaşdırılmış maddələrdə sülh sazişinin həyata keçirilməsi ilə bağlı bütün məsələləri daimi platformada müzakirə etməyə imkan verən mexanizm var. Sülh sazişi imzalandıqdan sonra tərəflərin diplomatik əlaqələr quracağı gözlənilir ki, bu da məsələlərin müzakirəsi üçün əlavə platformaya çevriləcək”, - Ermənistanın baş naziri söyləyib. aia.az Geri dön |