Ana Sayfa > Manşet / Parlament > Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib


31-08-2024, 14:25. Yazar: sevinc1
Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Səsvermə hüququ olan bütün vətəndaşlarımız üçün bərabər şərait yaradılıb.

aia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O, jurnalistlərin Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyi haqqında sualına cavabında deyib:
"Biz seçicilərin milliyyətinə fərq qoymuruq. Əgər həmin şəxslər Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini daşıyırlarsa və seçici siyahısında adları varsa, səs verə bilərlər".

aia.az
Geri dön