Ana Sayfa > Aia TV / Parlament / Manşet > Gələcəyə inamla!

Gələcəyə inamla!


30-08-2024, 18:53. Yazar: sevinc1
Gələcəyə inamla!

2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın Sumqayıt şəhərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Deputatlığa namizəd Hicran Hüseynova çıxışında YAP-ın seçki platformasını geniş şəkildə təqdim edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərdən danışıb və ölkənin ərazi bütövlüyünün bərpa edildiyini, milli gücünün isə artdığını vurğulayıb. Namizəd Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayıb. O, partiyanın keçmişdəki tarixi qələbələrindən bəhs edərək, bu dəfə də qalib gələcəyinə inamını ifadə edib.

Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə təşviqat qrupunun üzvləri Sevindik Hüseynov, Hümbət Quliyev, Şahin Şəfiyev və digərləri YAP-ın ölkəmizə qazandırdığı nailiyyətlərdən danışaraq seçiciləri partiyanın namizədinə dəstək verməyə çağırıblar. Onlar YAP-ın xalqın mənafeyini qoruyan və güclü dövlət quruculuğu yolunda çalışan bir siyasi qüvvə olduğunu vurğulayıblar.

Seçicilər də çıxışlarında YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər, partiyanın xalq üçün etdiklərini yüksək qiymətləndiriblər.

Görüşdən sonra Hicran Hüseynova Birinci Qarabağ müharibəsinin şəhidi Hüseynov Akif Knyaz oğlunun ailəsini ziyarət edib.(yap.org)
Geri dön