Ana Sayfa > Ölkə > Dövlət sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb30-08-2024, 18:13. Yazar: sevinc1 |
Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb. Bu barədə aia.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqust ayının 27-də saat 18:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 (üç) nəfər Əfqanıstan vətəndaşları Səmədi Səfi Abdurrəhman oğlu, Səttari Sifər Xan oğlu və Vəkili Muhb Seyfulla oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |