Ana Sayfa > Seçki 2024 > İnkişaf bütün sahələri əhatə edir

İnkişaf bütün sahələri əhatə edir


30-08-2024, 17:00. Yazar: sevinc1
İnkişaf bütün sahələri əhatə edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əhliman Əmiraslanovun Sabirabad rayonu Zəngənə, Cavad və Yolçubəyli kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən deputatlığa namizəd Əhliman Əmiraslanov vurğulayıb ki, YAP dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib və bundan sonra da Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına, strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcək. O, parlament seçkilərində YAP-ın qələbəsinə əminliyini ifadə edib.

Ə.Əmiaslanov bütün seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd Əhliman Əmiraslanova dəstək olacaqlarını ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Ə.Əmiraslanovun həmçinin Sabirabad rayonunda seçicilərlə daha bir görüşü keçirilib.(yap.org)
Geri dön